futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Cənubi Amerikanın ən nüfuzlu turniri Libertadores Kubokunun qalibi məlum olub.
Futbolpress.az xəbər verir ki, həlledici görüşdə “Palmeyras” və “Flamenqo” komandaları üz-üzə gəlib. Görüş “Flamenqo”nun qələbəsiylə başa çatıb – 1:0. Yeganə qolu Danilo vurub.
“Flamenqo”da “Qarabağ”ın sabiq futbolçusu Juninyo çıxış edir. O, bu gördə 85-ci dəqiqədə meydana daxil olub.
“Flamenqo” tarixində dördüncü dəfə Libertadores Kubokunu qazanıb.