“Qarabağ”ın sabiq hücumçusundan Meksikada şou

01.08.2026

futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Meksika çempionatında növbəti matçlar keçirilib.

Futbolpress.az xəbər verir ki, “Pumas” səfərdə “Xuares”in qonağı olub. “Estadio Olimpiko Benito Xuares”də baş tutan qarşılaşma qonaqların 5:1 hesablı darmadağını ilə başa çatıb.

Görüşün qəhrəmanı “Qarabağ”ın keçmiş hücumçusu, hazırda “Pumas”da çıxış edən Juninyo olub. 18-ci dəqiqədə penaltini dəqiq yerinə yetirərək hesabı açan braziliyalı cəmi 4 dəqiqə sonra özünün və komandasının ikinci qolunu vurub. 40-cı dəqiqədə Robert Morales fərqi üçə çıxarıb. Meydan sahibləri ilk hissəyə əlavə olunmuş dəqiqələrdə Xose Luis Rodrigesin qolu ilə ümidlənsələr də, fasilədən sonra bu ümidlər puç olub.

48-ci dəqiqədə hett-rikini tamamlayan Juninyo hesabı 4:1 edib. Qarşılaşmada son nöqtəni isə 83-cü dəqiqədə Gilyermo Martines qoyub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью