“Qarabağ”ın sabiq məşqçisi İngiltərə klubunda

07.12.2024

sport24.az saytına istinadən Icma.az xəbər verir.

"Qarabağ"ın sabiq məşqçisi Ruben Selles İngiltərədə işləyəcək. Sport24.az xəbər verir ki, mütəxəssis "Hall Siti" klubuna baş məşqçi təyin edilib. Bu barədə Çempionşip təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə razılaşmanın detalları açıqlanmayıb.

"Hall Siti" Çempionşipdə 18 turdan sonra 15 xalla 24 komanda arasında 22-ci sıradadır.

Ruben Selles 2012-2014-cü illərdə "Neftçi"də, 2015-2017-ci illərdə isə "Qarabağ"da işləyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью