Qarabağın sabiq müdafiəçisi futbolu MMAya dəyişdi FOTO

14.11.2024

Icma.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Qarabağ"ın sabiq futbolçusu Yakub Jezniçaka özünü MMA-da sınayacaq.

Fanat.Az xəbər verir ki, polşalı veteran futbolçu bu barədə özü sosial şəbəkə hesabı üzərindən məlumat yayıb. 

Jezniçak paylaşımında ilk görüşünün vaxtını da qeyd edib:

"Dekabrın 7-də FAME MMA-da Rocer Salla ilə qarşılaşacam. Emosiyalar dolu gözəl idman mübarizəsi göstərməyə çalışacağıq! Rəqib təcrübəlidir və o mənə xeyli problem yaradacaq. Amma mən belə mübarizəni sevirəm".

Qeyd edək ki, Yakub Jezniçak 2017-2019-cu illərdə "Qarabağ"ın formasını geyinib.

Mirağa

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью