Qarabağın sabiq müdafiəçisi özünü MMAda sınamaq qərarına gəlib

14.11.2024

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

"Qarabağ"ın sabiq futbolçusu Yakub Jezniçak özünü qarışıq döyüş sənətində (MMA) sınayacaq.

Oxu.Az xəbər verir ki, polşalı veteran futbolçu bu barədə özü sosial şəbəkə hesabı üzərindən məlumat yayıb.

Jezniçak paylaşımında ilk görüşünün vaxtını da qeyd edib:

"Dekabrın 7-də FAME MMA-da Rocer Salla ilə qarşılaşacağam. Emosiyalarla dolu gözəl idman mübarizəsi göstərməyə çalışacağıq! Rəqib təcrübəlidir və o mənə xeyli problem yaşadacaq. Amma mən belə mübarizəni sevirəm".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью