futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsində “Tvente”yə qarşı keçirəcəyi cavab oyununun hakimləri açıqlanıb.
Futbolpress.az xəbər verir ki, matçı Albaniyadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Yucin Caya olacaq. Ona yan xətthakimləri Rejdi Avdo və Mario Şazivari kömək edəcək. Dördüncü hakim funksiyasını isə Emanuela Rusta yerinə yetirəcək.
VAR-da italiyalı Canluka Aureliano və alban Albert Doda olacaq.
“Tvente” – “Qarabağ” oyunu avqustun 27-də keçiriləcək.