“Qarabağ”ın səfərdən yaxşı nəticə ilə qayıdacağını düşünürəm”

07.11.2024

futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Qarabağ” bu gün UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunda bu gün “Bodo-Qlimt”in qonağı olacaq. Norveçdə baş tutacaq görüşə saat 21:45-də start götürəcək.

Azərbaycan yığmasının sabiq futbolçusu Zaur Həşimov “FutbolPress“ə açıqlamasında görüşlə bağlı fikirlərini bölüşdü:

“Qarabağ”ı ağır oyun gözləyir. Skandinaviya klubları son zamanlarda yüksəlişdədirlər. Müdafiədə sərt oynayıb, hücuma sürətli çıxmırlar. İndi hücumda daha rəngarəng və sürətlidirlər. “Bodo-Qlimt” çempionatın lideridir və yaxşı nizamları var. “Qarabağ”ın rəqibləri arasında ən yaxşı komandalardan biridir. “Qarabağ” bu tip komandalara qarşı oynayıb, təcrübəsi var. Düşünürəm ki, gərgin və maraqlı oyun olacaq. “Qarabağ”ın səfərdən yaxşı nəticə ilə qayıdacağını düşünürəm”.

Mütəxəssis “Qarabağ”ın yarımmüdafiə xəttindəki oyunçuların bu görüşdə açar rolunu oynayacağını dedi:

“Qarabağ” müdafiədə səhvsiz oynamalıdır. Təmsilçimiz hücumda qol imkanları yarada bilir, amma müdafiəyə də diqqət artırmaq lazımdır. Bu gün əsas yük orta xəttin üzərinə düşəcək. Yankoviç, Patrik Andradenin oyunu önəmli rol oynayacaq”.

Şahin Cəfərov

Əsas xəbərlər, Manşet, Ölkə futbolu “Bodo-Qlimt” – “Qarabağ” oyununa doğru: statistika nə deyir?

7 Noyabr 2024, 10:12

Dünya futbolu, Əsas xəbərlər Avrokubok oyunları bu kanallarda – TV

7 Noyabr 2024, 9:24

Əsas xəbərlər, Manşet, Ölkə futbolu “Qarabağ”ın Norveç sınağı – YENİLƏNİR

7 Noyabr 2024, 8:02

Əsas xəbərlər, Ölkə futbolu “Onların üstün cəhətləri çoxdur” – Qurban Qurbanov

6 Noyabr 2024, 21:48

Əsas xəbərlər, Ölkə futbolu “Qarabağ” azarkeşlərinə görə ziyana düşdü

5 Noyabr 2024, 15:27

Əsas xəbərlər, Ölkə futbolu “Qarabağ”ın oyunu portuqallara tapşırıldı

5 Noyabr 2024, 13:28

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью