Icma.az bildirir, Sportal.az portalına istinadən. "Qarabağ"ın Toqo yığmasının futbolçusu Samsondin Ouronu maraq dairəsinə almasından xəbərda
Sportal.az Sportinfo.az-a istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi Azərbaycandan gələn təklifə barmaqarası yanaşmayıb.
"Köhlən atlar"ın şərtləri ilə maraqlanan afrikalı legioner qarşı tərəfə "gələrəm" söyləyib. İndi son söz Qurban Qurbanovundur.
Hər şey baş məşqçi yekun qərarından asılıdır. O, bu gün okey versə, sabah bura gələcək.
Toqo yığmasının üzvü zamanda Almaniya vətəndaşlığına sahibdir.
Futbolda ilk addımlarını bu ölkədə atıb, "SSV Reutlingen"in akademiyasında yetişib. 2019-2020-ci illəri Zaqreb "Dinamo"sunda keçirib.
2021-ci illərdə Sloveniyaya yollanıb, 2 mövsüm "Mura"nın uğurları üçün tər töküb. Daha sonra icarə əsasında "Radomlje"də çıxış edib.
2023-cü ildə Səudiyyə Ərəbistanından təklif alıb, "Al-Adalah" ilə müqavilə imzalayıb.