“Qarabağ”ın son oyunundan iki epizod animasiyalaşdırıldı VİDEO

27.11.2025

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Sosial şəbəkədə “Khasan” adı ilə tanınan karikaturaçı UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda keçirilmiş “Napoli” - “Qarabağ” oyunu üçün animasiya hazırlayıb.

İdman.Biz xəbər verir ki, karikaturaçı animasiyada “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun sehirli çubuqla qapıçı Mateus Koxalskinin əlavə əllərini yaratmasını göstərib.

Animasiyada daha sonra müdafiəçi Nəriman Axundzadənin qapı qarşısında yatdığı, baş məşqçinin onu oyatmağa çalışdığı əks olunub.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью