“Qarabağ”ın təşəbbüsü ilə futbol klublarının alyansı yaradıldı İdmanXəbər | Icma.az
Idmanxeber.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Qarabağ” Futbol Klubunun təşəbbüsü ilə Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) çərçivəsində təşkil olunacaq futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansı yaradılıb.
İdmanxeber.az xəbər verir ki, yeni qurum COP29 Sədrliyi və Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (Framework Convention on Climate Change, UN FCCC) dəstəyi, “Qarabağ” və Avropa Klublar Assosiasiyasının (ECA) birgə təşkilatçılığı ilə təsis olunub.
Bununla bağlı Bakıda təşkil olunan “İqlim naminə Futbol” adlı tədbir “Sky sports”un məşhur idman şərhçisi David Qarridonun moderatorluğu ilə baş tutub.
Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycanın Avropa və İslam Həmrəylik Oyunları, “Formula 1” kimi böyük turnirlərə və 2019-cu ildə Avropa Liqasının “Çelsi” və “Arsenal” arasında keçirilən final matçına ev sahibliyi etdiyini, Bakının idman tədbirlərinin mərkəzinə çevrildiyini vurqulayıb.
Nazir 4 milyarddan çox izləyiciyə sahib futbolun mühüm iqlim konfransının bir parçası olmasının əhəmiyyətini qeyd edib.
COP29-un rəsmisi Yalçın Rəfiyev misilsiz təşəbbüsə rəhbərlik etdiyinə görə “Qarabağ”a, bu təşəbbüsün əhəmiyyətini dərk etdiyinə və dəstək verdiyinə görə Avropa Klublar Assosiasiyasına (ECA) təşəkkür edib.
“Qarabağ”ın prezidenti Tahir Gözel isə dünyanın ən nüfuzlu klublarının bu təşəbbüs ətrafında toplaşmasının qürurverici hal olduğunu vurğulayıb.
Tam oxu
Xəbəri oxu