“Qarabağ”ın təşəbbüsü ilə yaradılan alyans DÜNYA MƏTBUATINDA İdman və Biz | Icma.az
Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Qarabağ” və Avropa Klublar Assosiasiyasının (ECA) birgə təşkilatçılığı ilə Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) çərçivəsində yaradılan futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansının yaradılması dünya mətbuatının da diqqət mərkəzində olub.
İdman.biz xəbər verir ki, planetin məşhur nəşrləri COP29 Sədrliyi və Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (Framework Convention on Climate Change, UN FCCC) dəstəyi ilə 11 tanınmış klubun bir araya gəlməsinə xüsusi önəm veriblər.
“Qarabağ”la yanaşı, “Liverpul”, “Tottenhem” (hər ikisi İngiltərə), “Atletiko Madrid”, “Real Betis” (hər ikisi İspaniya), “Fənərbaxça”, “Qalatasaray” (hər ikisi Türkiyə), “Udineze” (İtaliya), “Porto” (Portuqaliya), “Flamenqo” (Braziliya) və “Malmö”nün (İsveç) iqlim dəyişikliyi ilə mübarizədə və dayanıqlılıq mövzularında bir araya gəlməsi böyük addım kimi qiymətləndirilib.
Məşhur “Forbes” jurnalı tanınmış futbol klublarının Bakıda bir araya gəlməsinə xüsusi diqqət ayırıb və önəm verib: “Azərbaycanın “Qarabağ” klubunun və ECA-nın birgə rəhbərlik etdiyi İqlim üzrə Futbol Klubları Alyansına ilk olaraq 11 klub qoşulub.
Bu alyansın əsas məqsədi daha çox futbol klubunu təşəbbüsə qoşulmağa həvəsləndirməkdir.
Əlavə öhdəliklərə isə klubun ətraf mühitə təsirini minimuma endirmək, azarkeşləri iqlimlə bağlı tədbirlər görməyə ruhlandırmaqdır.
FİFA prezidenti Canni İnfantinonun da təbirdə iştirakı qurumun da iqlim dəyişiklikləri ilə mübarizəyə qoşulacağını göstərir”.
Tam oxu
Xəbəri oxu