“Qarabağ”ın Türkiyədəki rəqibləri bəlli olub

03.01.2026

Icma.az xəbər verir, Apasport saytına əsaslanaraq.

"Qarabağ"ın qış təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi yoxlama görüşlərində qarşılaşacağı rəqibləri müəyyənləşib.

Apasport.az xəbər verir ki, komanda hazırlıq prosesinin ikinci mərhələsi yanvarın 10-dan 17-dək Türkiyənin Antalya şəhərinin Belek bölgəsində yerləşən “Gloria Sports Arena”da keçiriləcək.

Klub bu müddət ərzində təlim-məşq toplanışını davam etdirəcək.

Toplanış çərçivəsində “Qarabağ” yanvarın 12-də Özbəkistanın “Neftçi” (Fərqanə) klubu ilə saat 17:00-da (Bakı vaxtı ilə 18:00-da), yanvarın 16-da isə Polşanın “Zaqlebie Lubin” klubu ilə saat 18:00-da (Bakı vaxtı ilə 19:00-da) yoxlama görüşləri keçirəcək.

Qeyd edək ki, “Qarabağ” yeni ildə ilk rəsmi oyununa yanvarın 21-də çıxacaq. Komanda UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində Almaniyanın “Ayntraxt” klubu ilə qarşılaşacaq.

"İnter" və "Arsenal" eyni futbolçunu istəyir Misli Premyer Liqasında debüt rekordu: 101 yeni futbolçu Premyer Liqada penalti statistikası: 16 turda 36 penalti Tahir Gözəl: “İnanıram ki, daha böyük nailiyyətlər əldə edəcəyik” "Kəpəz" qış fasiləsində 2 yoxlama oyunu keçirəcək
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью