Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.
“Qarabağ”ın U-19 komandası “Atletik”in U-19 kollektivinə qarşı oynayıb.
"Football-plus.az" xəbər verir ki, matç Gənclər Liqasının əsas mərhələsinin 3-cü turu çərçivəsində baş tutub.
Gənclər Liqası
əsas mərhələ, 3-cü tur
Atletik U-19 – Qarabağ U-19 3:0
Peio Huestamendia, 5. Manex Lozano, 70. Kristian İmqa, 89
Qolla nəticələnməyən penalti: Peyo Huestamendya, 57.
Hakimlər: QAL LEVİ, Haz Orpaz Hen, Zeev Vladimir Frenkel (hamısı İsrail), Con Andrade Del Olmo (İspaniya).
22 oktyabr. Bilbao, “Lezama Kamp 2”. Saat 14.00.
“Qarabağ”ın yeniyetmələrinin ilk iki matçda faciəvi nəticələrə imza atmasından xəbərdarsız. Xatırladaq ki, gənclər daha əvvəl səfərdə “Benfika”ya 1:7, evdə “Kopenhagen”ə 0:5 hesabıyla uduzub.
KƏNAN BAHADIR