Qarabağın üzvü dünyanın ən yaxşıları siyahısında

04.12.2024

Icma.az, News24 portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) ilin ən yaxşı bombardirlərinin siyahısını açıqlayıb.

News24.az Offsideplus.az-a istinadla xəbər verir ki, qurumun rəsmi saytında 2024-cü ildə keçirilən bütün turnirlərdə ən çox qol vuran oyunçuların siyahısı dərc olunub.

Cədvəldə milli və klubda ümumilikdə 26 və daha çox qol vuranlar yer alıb. “Qarabağ”ın braziliyalı hücumçusu Olavio Juninyo da ən yaxşılar arasındadır. Braziliyalı forvard il ərzində 26 qola imza atıb. Juninyo 10 dəfə Misli Premyer Liqasında, 5 dəfə Azərbaycan Kubokunda, 11 dəfə isə avrokuboklarda rəqib qapılarına yol tapıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью