“Qarabağ”ın üzvü Yunanıstan klubuna keçə bilər

02.12.2024

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

“Qarabağ”ın albaniyalı hücumçusu Redon Civa klubu tərk edə bilər.
Bizim.Media xəbər verir ki, əsas heyətə düşə bilməyən forvardla bir neçə klub maraqlanır ki, həmin klublardan biri də Yunanıstanın “Panserriakos” komandasıdır. 
 

Yunanıstan təmsilçisi Cicanı icarəyə götürmək istəyir. Futbolçunun özü də oyun təcrübəsi qazanmaq üçün “Panserriakos”a keçməyin əleyhinə deyil. Cicanın adıçəkilən kluba transferi aparılan danışıqlardan sonra müəyyənləşəcək. 


Qeyd edək ki, Yunanıstan klubu daha öncə “Qarabağ”dan ayrılan gürcüstanlı qapıçı Luka Quqeşaşcilini heyətinə qatıb.
Rəşad Rafiqoğlu, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью