Qarabağın veteran futbolçusu dünyasını dəyişib

05.12.2024

Icma.az, sport24.az saytına istinadən bildirir.

"Qarabağ"ın veteran futbolçusu, klubun akademiyasında qapıçılar üzrə məşqçi kimi fəaliyyət göstərmiş Ənvər Axundov 71 yaşında vəfat edib. Sport24.az xəbər verir ki, bu haqda Ağdam təmsilçisinin yaydığı məlumatda qeyd olunub.

"Qarabağ" Futbol Klubu Ənvər Axundovun vəfatından kədərləndiyini bildirib, mərhuma Allahdan rəhmət diləyib, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.

Qeyd edək ki, Axundov 1970-80-ci illərdə "Qarabağ"da çıxış edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью