Qarabağın veteran futbolçusu vəfat edib İdman və Biz

04.12.2024

Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Qarabağ"ın akademiyasında qapıçılar üzrə məşqçi kimi fəaliyyət göstərmiş Ənvər Axundov vəfat edib.

İdman.biz xəbər verir ki, Ağdam klubunun veteran futbolçusu 71 yaşında dünyasını dəyişib.

"Qarabağ" futbol klubunun sosial şəbəkə hesabında bununla bağlı paylaşım edilib: "Qarabağ" futbol klubu Ənvər Axundovun vəfatından kədərləndiyini bildirir, mərhuma Allahdan rəhmət diləyir, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir!"

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью