“Qarabağ”ın xanım azarkeşləri üçün pulsuz biletlər

25.11.2026

Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.

“Qarabağ”ın xanım azarkeşləri üçün pulsuz biletlər

“Qarabağ” xanım azarkeşləri üçün növbəti ev oyununa pulsuz giriş imkanı yaradıb.

QOL.az xəbər verir ki, Misli Premyer Liqasının 13-cü turunda “Sumqayıt”ı qəbul edəcək Ağdam təmsilçisinə dəstək olmaq istəyən xanımlar QR biletləri ödənişsiz əldə edə bilərlər.

Biletlərin verilməsinə noyabrın 26-dan başlanılacaq. Bunun üçün şəxsiyyəti təsdiq edən sənədlə aşağıdakı ünvanlara müraciət etmək lazımdır:

Heydər Əliyev Sarayının kassası;

28 Mall AVM-in 3-cü mərtəbəsində yerləşən Fan Store.

QR biletləri qarşılaşmanın keçiriləcəyi gün “Azersun Arena”nın kassasından da götürmək mümkün olacaq.

Qeyd edək ki, stadiona giriş yalnız QR biletlə təmin ediləcək. “Qarabağ” – “Sumqayıt” görüşü noyabrın 29-da “Azersun Arena”da keçiriləcək və saat 17:00-da başlayacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью