“Qarabağ”ın yaratdığı böyük fərq

05.03.2025

futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan çempionatları tarixində ilk dəfə iki komandanın şəxsi oyunlarındakı ümumi top fərqi 100-ü keçib.

Futbolpress.az xəbər verir ki, bu, “Qarabağ”la “Sumqayıt”ın görüşlərində qeydə alınıb.

İndiyədək 50 dəfə qarşılaşan komandaların matçlarında texniki nəticə nəzərə alınmamaqla Ağdam klubu 124, Sumqayıtın eyniadlı təmsilçisi 23 qola sevinib.

Qeyd edək ki, iki komanda arasındakı görüşlərdəki ikinci ən böyük fərq “Qarabağ”la “Şamaxı”nın qarşılaşmalarına məxsusdur. Ağdam təmsilçisi 68 topluq üstünlüyə malikdir – 114-46.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью