“Qarabağ”ın yeni hücumçu namizədi Bakıya gəlib

18.08.2026

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

"Qarabağ" heyətinə yeni hücumçu cəlb edib.

XQ xəbər verir ki, Nigeriyanın "Maylantarki Ker" klubunun futbolçusu Viktor Ani Çidioke Bakıya gəlib.

18 yaşlı forvard Ağdam təmsilçisində bir müddət baxışda olacaq. Gənc futbolçu özünü yaxşı tərəfdən göstərəcəyi halda, onunla müqavilə imzalanacaq.

Çidiokeni Azərbaycanda müşayiət edən "Maylantarki Ker"in direktoru Adamu Usman Ahmed transferin reallaşacağına çox inandığını bildirib:

"Qarabağ"ın idman direktoru Viktorun daxili və beynəlxalq matçlardakı performansını izlədikdən sonra hündürboylu (187 sm - red.) hücumçunu bəyənib. Bu transfer Çidiokenin Avropadakı parlaq peşəkar karyerasına start verəcək. O, rəqib qapısı qarşısında inanılmaz dərəcədə konsentrasiyalı və öldürücü dəqiqliyə malik olan forvarddır. Viktorun boyunu və fiziki gücünü də nəzərə alsaq, o, "Maylantarki Ker"in ən uğurlu yetirmələrindən biri olacaq".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью