Qarabağın yeni ildə ilk oyununun vaxtı və məkanı müəyyənləşib

07.01.2025

Icma.az bildirir, sport24.az saytına əsaslanaraq.

"Qarabağ"ın 2025-ci ildəki ilk oyununun vaxtı və yeri dəqiqləşib. Sport24.az xəbər verir ki, bunu Ağdam klubunun mətbuat xidməti açıqlayıb.

Qurban Qurbanovun yetirmələri mövsümün ikinci yarısına hazırlıq çərçivəsində ilk matçına yanvarın 9-da çıxacaq. "Kəpəz"lə qarşılaşma saat 14:00-da başlayacaq. Oyun "Azərsun Arena"da təşkil olunacaq.

Qeyd edək ki, mövsümün ikinci yarısı yanvarın 17-də start götürəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью