Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Qarabağ” dünən heyətini yeni futbolçu ilə gücləndirib. Söhbət Jeremi Qnalidən gedir. 23 yaşlı sol cinah müdafiəçisi kimdi? Necə futbolçudu? Araşdırdıq.
“Qarabağ”da 24 nömrəli formanı geyəcək Qnali “köhlən atlar”a AEK-dən transfer olunub. “Transfermarkt” dəyəri 450 min avrodu. Həmin sayt futbolçunun “Qarabağ”a 100 min avroya transfer olduğunu iddia edir.
Jeremi AEK-də əsas heyət oyunçusu olmayıb. Çempionatda mümkün 20 oyunun 14-də meydanda olub, 2 məhsuldar ötürmə verən müdafiəçi bu il əmi 4 dəqiqə oynayıb. Sonuncu dəfə dekabrın 11-də Konfrans Liqasının əsas mərhələsində “Haken”lə oyunda sona qədər meydanda olub. Qnali komandada müntəzəm oynamır. Mövsüm başlayandan cəmi 9 matçda 90 dəqiqə meydanda olub. O, bu mövsüm bütün turnirlər çərçivəsində 26 oyunda iştirak edib, çoxunda sonradan meydana çıxıb.
Qeyd edək ki, futbolçu “Tarazona”, “Melilya” (hamısı İspaniya) klublarının da şərəfini qoruyub.
MÜZƏFFƏR QULUZADƏ