Qarabağla bağlı YENİ LAYİHƏ 3,2 milyon ayrıldı

19.12.2025

Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xocəvənd rayonunun Tuğ qəsəbəsində sosial infrastruktur bərpa olunacaq.

BAKU.WS-in Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətindən əldə etdiyi məlumata görə, qəsəbədə yerləşən qeyri-yaşayış binalarının - məktəb, uşaq bağçası və qazanxananın təmir-bərpa edilməsi nəzərdə tutulur.

Bununla yanaşı, ərazi üzrə kommunikasiya xətlərinin yenilənməsi, yaşıllıq salınması və abadlıq işləri də həyata keçiriləcək. Layihənin ehtimal olunan dəyəri 3 milyon 225 min manat təşkil edir.

Qeyd edək ki, məqsəd qəsəbədə yaşayış və təhsil şəraitini daha təhlükəsiz, rahat və müasir tələblərə uyğun hala gətirməkdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью