Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır. Bu gün Azərbaycan Premyer Liqasında II dövrəyə start veriləcək.
XIX turun açılış matçında “Qarabağ” “Şamaxı”nı qəbul edəcək.
Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “Zirə” “Araz-Naxçıvan”la üz-üzə gələcək. “Neftçi” “Sabah”ı, “Sumqayıt” “Səbail”i qəbul edəcək.
Tovuzda isə “Kəpəz” ilə “Turan Tovuz” münasibətlərinə aydınlıq gətirəcək.
Qarabağ – Şamaxı Əvvəlki oyunlar: 3:0, 1:0 Dövrəyə lider “Qarabağ”ın “Şamaxı” ilə matçına start veriləcək.
Hər iki kollektiv qış fasiləsini Azərbaycanda keçirdi və burda yerli komandalarla sınaq matçlarında qüvvəsini sınadılar.
“Qarabağ”da heyətdə ciddi dəyişiklik olmayıb. Yalnız hücumçu Juninyo klubu tərk edib. “Şamaxı” isə 7 yeni futbolçu ilə güclənib.
Ayxan Abbasovun yetirmələrinin “Qarabağ” qarşısında performansı maraqla gözlənilir. Matçın aşkar favoriti meydan sahibləridir.