“Qarabağ”la “Elfsborq” arasında UÇURUM İdman və Biz

08.12.2024

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

Avropanın top komandalarının yeni reytinq siyahısı açıqlanıb.

İdman.biz xəbər verir ki, cədvəldə qitənin 400 ən güclü klubu yer alıb.

Siyahıya Azərbaycanın 4 təmsilçisi daxil edilib. Ölkəmizin ən yaxşısı “Qarabağ”dır. Qurban Qurbanovun yetirmələri 279 xalla 63-cü sırada qərarlaşıblar.

“Neftçi” 19 xalla 254-cüdür. 4 xal geri qalan “Sabah” 277-ci yerdədir. 14 xala malik “Zirə” 11 pillə geridədir.

“Qarabağ”ın Avropa Liqasındakı növbəti rəqibi “Elfsborq”un 55 xalı var. İsveç klubu Azərbaycan çempionundan 103 addım geridə - 166-cıdır. İki komandanı siyahıda böyük uçurum ayırır.

Qeyd edək ki, siyahıya 2425 xala malik “Real” başçılıq edir.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью