Qarabağla oyun Turan Tovuzun 3:0 hesablı qələbəsiylə yekunlaşmalıydı Aslan Kərimovun rəyi …
Icma.az, Footbal-plus saytına istinadən bildirir. Misli premyer-liqasında 12-ci turun mərkəzi matçı Tovuzda keçirildi.
"Qarabağ"ı qəbul edən "Turan Tovuz" "sülh"ə razılaşdı - 0:0.
Beləliklə, həm Qurban Qurbayev ardıcıl 2-ci dueldə Kurban Berdıyevi məğlub edə bilmədi, həm də "bozqurd" cari mövsümdə "köhlən atlar"dan xal qoparan yeganə komanda statusunu özündə saxladı.Bəs hansı komanda daha yaxşı oyunla diqqəti çəkdi?
Heç-heçəni hansının xal itkisi kimi dəyərləndirə bilərik?"Football-plus.az" bu sualla təcrübəli mütəxəssis Aslan Kərimova müraciət etdi:"Turan Tovuz" - "Qarabağ" matçı sürət baxımından "Neftçi" - "Araz-Naxçıvan" qarşılaşmasını qabaqladı.
Bu, "bozqurd"un son 3-4 tur ərzində ən yaxşı çıxışı idi. Baxmayaraq ki, qələbə qazana bilmədilər.
Rəqibə ilk dəqiqələrdən yüksək təzyiq göstərdilər. Belədə, demək olar ki, əsas heyətlə meydana çıxan "Qarabağ"ı sıxışdırdılar.
Nəticədə ağdamlıların topa sahib olmasına imkan vermədilər. Qonaqlar alışdığı texnikalı oyun tərzini Tovuzda göstərə bilmədi.
"Qarabağ" topu saxlamaqla yaxşı oyuna nail olur. "Turan Tovuz" rəqibinin önə çıxmasına imkan vermədi.
Tam oxu
Xəbəri oxu