Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
UEFA Çempionlar Liqasının əsas mərhələsinin yeddinci turunda “Qarabağ”la qarşılaşacaq “Ayntraxt” komandasına iki məşqçi - Aleksandr Mayer və Dennis Şmidt rəhbərlik edəcək.
İdman.Biz xəbər verir ki, Frankfurt təmsilçisi baş məşqçi Doni Toppmöllerlə yollarını ayırdıqdan sonra yeni təyinatla bağlı tələsməyib. Bu səbəbdən Bakıda komandaya U-19 komandasının baş məşqçisi Aleksandr Mayer və U-21-in çalışdırıcısı Dennis Şmidt rəhbərlik edəcək.
Qeyd edək ki, görüş yanvarın 21-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.