“Qarabağ”la oyundan əvvəl Bakıda gəzintiyə çıxdılar Foto

27.11.2024

Icma.az xəbər verir, Teleqraf.com saytına əsaslanaraq.

"Lion" Avropa Liqasının Liqa mərhələsinin 5-ci turunda "Qarabağ"la oyun çərçivəsində Bakıya səfər edib.

Teleqraf.com Fransa klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, onlar bu gün Bakıda Dənizkənarı Parkda gəzintiyə çıxıblar. Bu, komandanın Tofiq Bəhramov adına Respublika Stadionundakı məşqindən öncə olub.

Qeyd edək ki, sözügedən oyun sabah saat 21:45-də başlayacaq.

Həmin gəzintidən şəkilləri təqdim edirik.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью