Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.
“Kəpəz” Premyer Liqanın XVIII turunda “Şamaxı”ya uduzub – 0:2.
Gəncə təmsilçinin hücumçusu Paçu “Futbolpress.az“a açıqlamasında məğlubiyyəti şərh etdi:
“Oyuna yaxşı başlamadıq. Qollar buraxdıq və reaksiya verməyə gecikdik. İkinci hissədə geridönüş etməyə çalışsaq da, alınmadı. Bir qol vura bilsəydik, hər şey fərqli olardı amma alınmadı. İndi bu matçı unudub, növbəti görüşlərə daha yaxşı hazırlaşmalıyıq”.
Paçu “Qarabağ” üzərində qələbənin “Şamaxı” ilə görüşə təsir etmədiyini bildirdi. O, eyforiyaya qapılmadıqlarını qeyd etdi:
“Yenə deyirəm, ikinci hissədə tez bir qol vursaydıq, fərqli şeylər olardı. Lakin oyuna pis başlamağımız və “Şamaxı”nın bundan yaxşı istifadə etməsi nəticəni belə etdi. “Qarabağ”la oyunun komandaya mənfi təsiri olmadı”.
Hücumçu mövsümlə bağlı fikirlərini bölüşdü:
“Liqada qalmaq üçün yaxşı şansımız var. Hər şey özümüzdən asılıdır, maksimum yaxşı nəticə göstərib, yuxarı pillələrə qalxmaq istəyirik. Qarşıda oyun çoxdur, hər şey dəyişə bilər. İşimizə fokuslanmışıq”.
Şahin Cəfərov