“Qarabağ”la Rafael Utziqdən üstünlük

27.05.2025

Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Misli Premyer Liqasınin 2024/25 mövsümündə 43 penalti təyin olunub.

İdman.biz xəbər verir ki, 180 matçda təyin olunan onbirmetrlik cərimə zərbələrindən 34-ü qolla nəticələnib.

Mövsüm ərzində təyin edilən penaltilərdə 79 faiz dəqiqlik qeydə alınıb.

“Qarabağ” hamıdan çox – 7 penalti vurub. Bunların hamısı dəqiq olub. “Turan Tovuz” hamıdan çox – 3 imkanı qaçırıb.

Penalti vuran klublar: “Qarabağ” – 7, “Zirə” – 6 (1-i qeyri dəqiq), “Turan Tovuz” – 6 (3), “Sabah” – 5 (1) , “Kəpəz” – 5 (2), “Araz-Naxçıvan”, “Neftçi” – 4, “Sumqayıt” – 3 (1), “Səbail” – 2 (1), “Şamaxı” – 1.

“Şamaxı” hamıdan çox - 7 dəfə penalti ilə cəzalanıb. Bu zərbələrin 6-si qolla nəticələnib.

Penalti ilə cəzalanan klublar: “Şamaxı” – 7 (1), “Səbail” – 6 (1), “Turan Tovuz”, “Sumqayıt”, “Neftçi”, “Kəpəz” – 5 (1), “Qarabağ” – 4 (2), , “Sabah” – 3, “Zirə” - 2, “Araz-Naxçıvan” – 1 (1).

Futbolçular arasında rekordçu Rafael Utziqdir. “Zirə”nin braziliyalı hücumçusu 4 dəfə “ağ nöqtə”dən dəqiq olub. Yassin Benzia (“Qarabağ”) və Pavol Şafranko (“Sabah”) 3 belə zərbəni qola çevirib. Eyni sayda imkan qazanan Kristian da Silva (“Turan Tovuz”) və Luis Paçu (“Kəpəz”) yalnız bir dəfə dəqiq olub.

Vüqar Xeyrullayev
İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью