Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Qarabağ”ın futbolçusu Marko Yankoviç Monteneqro mətbuatına açıqlama verib.
Futbolpress.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi sıx qrafikdən şikayətlənib:
“Son 10 ildə nə vaxt dincəldiyimi bilmirəm. Amma bu, peşəkar idmançıların qəbul etdiyi normal vəziyyətdir. Çox oynayırsan, məşq edirsən və səndən həmişə yüksək səviyyə gözlənilir. Kimsə bütün bunlara hazır deyilsə, deməli, bu iş ona görə deyil. Yorğun olsam da, yorğun deyiləm”.
Marko Monteneqro millisinin Millətlər Liqasında keçirdiyi 4 oyunda da forma geyinib. Onun komandası qrupda 4 turdan sonra 10 xalla liderdir.