“Qarabağ”“Lion” matçı ilə bağlı yeni məlumat YAYILDI

18.11.2024

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

UEFA Avropa Liqasının V turunun “Qarabağ”-“Lion” (Fransa) oyununun biletləri sabah satışa çıxarılacaq.

Redaktor.az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, azarkeşlər saat 12:00-dan etibarən biletləri əldə edə biləcəklər.

Biletlərinin qiyməti 5, 20, 30, 40, 75 və 150 manatdır. VVIP C və VVIP D sektorlara bilet alaraq, "VIP Lounge" üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdır.

Qeyd edək ki, qarşılaşma noyabrın 28-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью