QarabağLion matçına bu qədər bilet satıldı

25.11.2024

Xalqcebhesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

UEFA Avropa Liqasının Liqa mərhələsinə keçiriləcək “Qarabağ” - “Lion" (Fransa) oyununa satılan bilet sayı bəlli olub.

Klubdan Xalqcebhesi.az-a verilən məlumata görə, qarşılaşmanı izləmək istəyən 17500 azarkeş bilet alıb.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manat təşkil edir.

VVIP C və VVIP D sektorlara bilet alan tərəfdarlar, VIP Lounge üstünlüklərindən yararlana bilərlər. Həmin sektorlara biletin qiyməti 300 manatdır.

Qeyd edək ki, noyabrın 28-də saat 21:45-də başlayacaq oyun üçün qapılar azarkeşlər üçün matçın start fitindən 2 saat əvvəl açılacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью