Qaraçay çayı üzərində yeni körpünün inşasına başlanıldı KONKRET

13.05.2025

Icma.az bildirir, Konkret.az portalına istinadən.

Quba-Qonaqkənd-Muçu avtomobil yolunun 7-ci kilometrində, Qaraçay çayı üzərində yerləşən, qəzalı vəziyyətə düşmüş 101 metr uzunluğa malik mövcud körpüyə alternativ olaraq yeni avtomobil körpüsünün tikintisinə başlanılıb.

Bu barədə  KONKRET.az-a  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Yeni körpü 100 metr uzunluğunda, 12 metr enində və 3 aşırımlı olmaqla inşa olunur. Hazırda körpüdə kənar dayaqların inşası aparılır.

Xatırladaq ki, sel suları nəticəsində mövcud körpünün 4 nömrəli dayağında şaquli oxdan çıxaraq əyilmə müşahidə olunub. Hadisə yerinə dərhal Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları cəlb olunaraq təhlükəsizlik tədbirləri görülüb, körpü ilə nəqliyyatın hərəkəti dayandırılıb və qısa müddətdə əraziyə xüsusi texnika və canlı qüvvə səfərbər edilərək, bərpa işləri aparılb və körpü müvəqqəti olaraq istifadəyə verilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью