Qaraçay Çərkəzdə qaz partladı: 10 nəfər xəsarət aldı

02.08.2026

Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rusiyanın Qaraçay-Çərkəz Respublikasında fərdi evdə qaz balonunun partlaması nəticəsində 10 nəfər xəsarət alıb.
Bizim.Media xəbər verir ki, hadisə Ust-Cequtinski rayonunda yerləşən fərdi evin yay mətbəxində baş verib.
İlkin məlumata görə, 6 nəfərin vəziyyəti ağırdır, daha 4 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
KİV-in məlumatına əsasən, partlayış evdə toy hazırlıqları gedən vaxt baş verib. Buna baxmayaraq, ev sahibləri mərasimi təxirə salmayıblar və toyun axşam saatlarında keçirilməsi planlaşdırılır.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью