Axsham.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Zor", "Sen gibi" və "Mühürlü kaderim" mahnıları ilə tanınan türkiyəli müğənni Nevzat Doğansoy (Nev) qaraciyər transplantasiya olunmalıdır.
Axşam.az xəbər verir ki, 57 yaşlı ifaçı sentyabrın 3-də huşunu itirdikdən sonra xəstəxanaya yerləşdirilib və bir müddət reanimasiyada müalicə olunub. Çoxlu orqan çatışmazlığı diaqnozu qoyulan sənətçi daha sonra süni tənəffüs aparatından ayrılıb və 4 gün əvvəl reanimasiyadan çıxarılıb.
Hazırda xəstəxanada müalicəsi davam edən Nev üçün donor axtarılır.