Saglamolun saytından alınan məlumata görə, Icma.az bildirir.
TİBBDƏ NADİR GÖRÜLƏN HADİSƏ
Peruda tibb tarixində nadir hadisələrdən biri qeydə alınıb. Həkimlər qaraciyərdə yerləşən uşaqlıqdankənar hamiləlik nəticəsində sağlam körpənin doğulmasına nail olub. Səhiyyə rəsmilərinin məlumatına görə, bu, ölkədə ilk, dünyada isə ana və uşağın sağ qaldığı 4-cü belə hadisədir.
19 yaşlı Valeriya Velenin hamiləliyi zamanı dölün plasentası qaraciyərə yapışıb və qan təchizatını bu orqanın damarlarından alıb. Həkimlər bildirib ki, belə hallarda plasentanın çıxarılması həyati təhlükə yaradan güclü qanaxmaya səbəb ola bilər.
Riskləri minimuma endirmək üçün mütəxəssislər plasentanı qidalandıran damarları xüsusi embolizasiya üsulu ilə bağlayıb. Nəticədə yüksək riskli əməliyyat uğurla həyata keçirilib və 3,6 kiloqram çəkidə sağlam qız uşağı dünyaya gəlib.
Bu məsələyə SÜNİ MAYALANMA ÜZRƏ MÜTƏXƏSSİS, CƏRRAH-MAMA-GİNEKOLOQ UZM. DR. ÜLVİYYƏ MEHDİXANLI münasibət bildirib.
SİNXRON UZM. DR. ÜLVİYYƏ MEHDİXANLI - SÜNİ MAYALANMA ÜZRƏ MÜTƏXƏSSİS, CƏRRAH-MAMA-GİNEKOLOQ
Mütəxəssislər qeyd edirlər ki, uşaqlıqdankənar hamiləliklərin əksəriyyəti inkişaf edə bilmir və ana üçün ciddi təhlükə yaradır. Buna görə də erkən diaqnostika və vaxtında müdaxilə hələ də ən təhlükəsiz yanaşma hesab olunur.
Saglamolun.Az