Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Tibb” ASC-nin (Akademik Roytberq Klinikası) qastroenteroloqu, fəlsəfə doktoru Yevgeni Belousov qaraciyər üçün təhlükəli ola biləcək qida məhsullarını açıqlayıb.
“Cebheinfo.az” xarici mediaya istinadən xəbər verir ki, qaraciyər üçün təhlükəli olan yalnız konkret bir qida məhsulu deyil. Şirin içkilər, şirniyyatlar, bişmiş məmulatlar və desertlərdə yüksək miqdarda kalori, şəkər və doymuş yağların uzun müddət ərzində həddindən artıq qəbulu qaraciyərə mənfi təsir göstərə bilər. Onun sözlərinə görə, xüsusilə fiziki aktivliK aşağı olduğu halda bu məhsulların mütəmadi qəbulu metabolik disfunksiya ilə əlaqəli yağlı qaraciyər xəstəliyi riskini artırır.
Belousov qeyd edib ki, hətta faydalı hesab olunan qidaların da həddindən artıq istehlakı arzuolunmaz nəticələrə səbəb ola bilər. Məsələn, qoz-fındıq və avokado adətən qaraciyər üçün zərərli məhsullar hesab edilmir. Lakin gün ərzində böyük miqdarda badam, fıstıq və ya bir neçə avokado qəbul etmək ümumi kalori miqdarını əhəmiyyətli dərəcədə artıra bilər. Həkim bildirib ki, qəbul edilən kalorinin uzun müddət ərzində sərf olunan enerjidən çox olması çəki artımına və qaraciyərdə yağ toplanmasına səbəb ola bilər.
Belousov yüksək kalorili qidalar, şəkər, doymuş yağlar və alkoqolun birlikdə mütəmadi qəbul edilməsini qaraciyər üçün xüsusilə əlverişsiz amil kimi qiymətləndirib. Onun sözlərinə görə, yağlı qidalar, desertlər və alkoqollu içkilərin birlikdə qəbul edildiyi müntəzəm ziyafətlər qaraciyərə ayrı-ayrı qida məhsullarından daha çox yük sala bilər. Qeyd edək ki, qastroenteroloq Olqa Çistik daha əvvəl qaraciyər üçün risk yarada bilən qidalanma vərdişləri barədə danışıb və ağ çörəyi ən zərərli çörək növlərindən biri kimi göstərib.
Aişə
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin