Qaraciyəri müalicə edən BİTKİLƏR

15.11.2024

Icma.az, Saglamolun portalına istinadən məlumat verir.

 

Qaraciyərə faydalı bir çox dərman bitkiləri var.

Sağlamolun.az onlardan bəzilərini və istifadə qaydalarını təqdim edir:

Nanə

Faydaları: Nanə zəhərlənmə zamanı çox faydalıdır, qaraciyərə toksik maddələrdən təmizlənməyə və daha çox öd istehsal etməyə kömək edir. Hazırlanması: 5 qram nanə yarpağını 1 stəkan qaynar su ilə dəmləyin, 15 dəqiqə saxlayın. İstifadəsi: Hər 3 saatdan bir 1 xörək qaşığı içmək məsləhətdir.

Gənəgərçək (Calendula)

Faydaları: Gənəgərçək qaraciyərdə maddələr mübadiləsini sürətləndirir, onun sekretor funksiyasını yaxşılaşdırır və öd ifrazını artırır. Hazırlanması: 2 çay qaşığı çiçəyi 2 stəkan qaynar su ilə dəmləyin, 1 saat saxlayın, sonra süzün. İstifadəsi: Bu müalicəvi içkidən gündə 4 dəfə yarım stəkan içmək məsləhətdir.

Papatya

Faydaları: Papatya qaraciyər ağrılarına yaxşı təsir edir, spazmları tez aradan qaldırır və bütün bədənə sakitləşdirici təsir göstərir. Hazırlanması: 1 xörək qaşığı quru papatyanı 1 stəkan qaynar su ilə dəmləyin, 20 dəqiqə saxlayın. İstifadəsi: Süzün və səhər-axşam yarım stəkan için.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью