Qaraciyəri piylənmədən qoruya biləcək ferment tapıldı

06.10.2026

Icma.az, Lent az portalına istinadən məlumat yayır.

 

Alimlər qaraciyər piylənməsinin daha təhlükəli mərhələyə keçməsinin qarşısını almağa kömək edə biləcək ferment müəyyən ediblər.

Lent.az xəbər verir ki, bu barədə ScienceDaily məlumat yayıb.

UBE2N adlanan ferment qaraciyər hüceyrələrinə zədələnmiş mitoxondriləri təmizləməyə və yağların parçalanmasına kömək edir.

Tədqiqatçılar hesab edirlər ki, bu mexanizm piylənmiş qaraciyərdə iltihab, çapıqlaşma və hüceyrə zədələnməsinin qarşısını almaq üçün gələcəkdə yeni müalicə hədəfinə çevrilə bilər. Araşdırma hələ yeni müalicənin insanlarda effektivliyini təsdiqləmir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью