Qaraciyəri qoruyan sirli vitamin

16.11.2024

Saglamolun portalından verilən məlumata əsasən, Icma.az bildirir.

A, C, D, B2, B6, B12 kimi vitaminlər və onların orqanizmə olan təsiri haqqında hamı eşidib.

Lakin bəzi vitaminlər var ki, onların faydaları haqqında bir çoxlarımız bilmir.

Belə sirli vitaminlərdən biri B8 (inozitol) vitaminidir.

B8 vitamini beyin və cinsiyyət sisteminin normal fəaliyyəti üçün çox vacibdir, qanda xolesterinin səviyyəsini aşağı salır, damarları qoruyur, saçların sağlamlığı və gözəlliyi üçün əvəzolunmaz maddədir.

Bundan əlavə inozitol qaraciyəri müxtəlif ziyanlı təsirlərdən (spirtli içkilər, dərmanlar, toksinlər və s.) qoruyur, qaraciyərdə piylənmənin qarşısını alır.

Saglamolun.az B8 vitamininin əsas mənbələrini təqdim edir:

- cücərdilmiş buğda,

- buğda kəpəyi,

- yulaf yarması,

- portağal,

- noxud,

- araxis,

- qreypfrut ,

- mərci,

- kişmiş,

- yemiş,

- gül kələmi,

- kök,

- şaftalı,

- ağ kələm.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью