Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir. Qaraciyər orqanizmin ən vacib orqanlarından biridir.
O, bədəndə toksinlərin zərərsizləşdirilməsi, qida maddələrinin parçalanması və həyati əhəmiyyətli zülalların sintezində əsas rol oynayır.
Sağlamlığı qorumaq üçün isə düzgün qidalanma olduqca vacibdir.
Milli.Az xəbər verir ki, mütəxəssislər bəzi gündəlik qidaların və vərdişlərin qaraciyərə zərər verdiyini bildirirlər.
Qaraciyəri zədələyə biləcək əsas faktorlar: Şəkərli məhsulların həddindən artıq qəbulu Qazlı içkilər, tortlar və şəkərli səhər yeməkləri qaraciyərdə piylənməyə səbəb ola bilər.
Spirtli içkilərin çox istifadəsi Alkoqolun parçalanması zamanı yaranan toksinlər qaraciyər hüceyrələrinə zərər verir.
Bu da siroz və hepatit kimi xəstəliklərin inkişaf riskini artırır.
Trans və doymuş yağlarla zəngin qidalar Fast food məhsulları, marqarin və qablaşdırılmış qəlyanaltılar iltihabı artıraraq qaraciyərin yükünü artırır.