Qaraçöplü soydaşımız Riqa EKA Universitetinə daxil olub

05.10.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

​Hər bir böyük nailiyyətin arxasında intizam, əzm və doğru istiqamət dayanır. Qaraçöp mahalında doğulub boya-başa çatan gənc istedadımız Sənan Şeyriyev də bu il imza atdığı böyük uğuru ilə hər kəsi qürurlandırdı.

​Orta təhsilini Düzəyrəm kənd məktəbində başa vuran Sənan müəllimi  Taleh Paşayevin rəhbərliyi ilə keçdiyi 2 illik planlı hazırlıq mərhələsinin bəhrəsini görüb. Sistemli zəhmət sayəsində o, “Duolingo English Test” imtahanını müvəffəqiyyətlə verərək dil biliyini təsdiqləyib. İngilis və gürcü dillərini mükəmməl mənimsəyən Sənan müxtəlif elmi layihələrdə və olimpiadalarda da fəal iştirakı ilə seçilib.

​Bu il o, Baltikyanı regionun nüfuzlu təhsil ocaqlarından biri olan Latviyanın Riqa EKA Universitetinə (Ekonomikas un Kultūras Augstskola, süni intellekt, texnologiya və iqtisadiyyat sahəsi) daxil olub. Hazırda bu universitetdə təhsilini davam etdirir.

Sənanı hər zaman bu şərəfli yolda dəstəkləyən atası Sahil Şeyriyevi, müəllimi Taleh Paşayevi və əməyi keçən bütün müəllimlərini təbrik edir, gələcək fəaliyyətlərində yeni uğurlar arzulayırıq!

P.ƏMİRCANOV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью