Qaraçuxurda işıq kəsiləcək

05.06.2025

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

Bakının Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə Bakıvaxtı.az-a “Azərişıq” ASC-dən məlumat verilib.

Bildirilib ki, Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən Qaraçuxur qəsəbəsinin bir hissəsində 6 kV-luq hava xəttində aparılan təmir və budama işləri ilə əlaqədar 5 iyun tarixində elektrik xətləri sifarişə əsasən açılacaq.

Bununla əlaqədar olaraq saat 09:00-dan saat 15:00-dək qəsəbənin Nizami İsmayılov və Cəlal Qurbanov küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью