Qaraçuxurda manyak İDDİASI Şəxs polisə dəvət olundu

07.04.2025

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Suraxanı rayonu Qaraçuxur qəsəbəsində naməlum şəxsin yeniyetmə qızlara qarşı əxlaqsız hərəkətlər etməsi ilə bağlı məsələyə aydınlıq gəlib.

Məsələ ilə bağlı Oxu.Az-a açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli bildirib ki, sosial şəbəkələrdə paylaşılan məktəb ətrafında bir nəfərin neqativ hərəkətlərilə bağlı ajiotaj daşıyan məlumatlar polis əməkdaşları tərəfindən araşdırılıb.

"Həmin şəxs müəyyən olunaraq polis orqanına dəvət edilib. Araşdırmalarla xüsusi narahatedici halın baş vermədiyi müəyyənləşib. Hər iki tərəf verdikləri izahatda bunun anlaşılmazlıq olduğunu bildiriblər", - deyə L.İsrəfilli qeyd edib.

Əzizə İsmayılova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью