Qaraçuxurda manyak peyda olub? Polis işə qarışdı

07.04.2025

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Paytaxtın Suraxanı rayonu Qaraçuxur qəsəbəsində naməlum şəxsin yeniyetmə qızlara qarşı əxlaqsız hərəkətlər etdiyi iddia edilir.

"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, son günlərdə həmin şəxsin qəsəbə ərazisində 2 məktəbli qıza yaxınlaşaraq xoşagəlməz hərəkətlər etməsi qeyd olunub.

Artıq yeniyetmələrin yaxınları məsələ ilə bağlı polisə müraciət ediblər.

DİN-in Mətbuat xidmətinin əməkdaşı Lumu İsrəfilli sorğumuza cavab olaraq bildirib ki, məsələ ilə bağlı polisə müraciət daxil olub: 

“Hazırda müraciətlə bağlı araşdırmalar aparılır”.

"Cebheinfo.az" 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью