Icma.az, Sportal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Futbol üzrə Azərbaycan II Liqasında X turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, bu gün lider "Qaradağ Lökbatan" doğma meydanda "Ağdaş"ı qəbul edib. Qarşılaşma ev sahiblərinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 27-yə yüksəldən "Qaradağ Lökbatan" liderliyini davam etdirir. 4 xalı olan "Ağdaş" isə XI yerdədir.
"Qaradağ Lökbatan" - "Ağdaş" 5:0
Qollar: Ə.Hacılı, 5, R.Quliyev, 43, İ.Əliyev, 53, 75 (pen), T.Axverdiyev, 80