“Qaradağ Lökbatan” ləğv olunur? Rəsmi açıqlama

23.09.2026

sport24.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Qaradağ Lökbatan" ləğv olunmur. Klubun fəaliyyətini dayandıracağı və ləğv ediləcəyi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir". Bu sözləri Sport24.az-a "Neftçi" İdman Klubunun və "Qaradağ Lökbatan" klubunun İdarə Heyətinin sədr müavini və icraçı direktoru Fərəc Əliyev deyib.
Klub rəsmisi ötən gün mətbuatda "Qaradağ Lökbatan"ın ləğv ediləcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
"Klub necə ləğv oluna bilər? İkinci Liqada çıxış edirik, yeni baş məşqçi və futbolçular cəlb etmişik. Hazırda komandamız fəaliyyətini davam etdirir. Klubun ləğv olunması ilə bağlı yayılan məlumatlar doğru deyil. "Qaradağ Lökbatan"ın heç kimə borcu yoxdur. Klubun fəaliyyətini dayandırmasına səbəb ola biləcək hər hansı problem mövcud deyil. Hazırda əsas diqqətimiz komandanın İkinci Liqada çıxışına və qarşıdakı oyunlara hazırlığına yönəlib. Bu cür xəbərlərin haradan yayıldığını isə deyə bilmərəm".
Qeyd edək ki, hazırda II Liqada oynayan "Qaradağ-Lökbatan" klubu 4 oyundan sonra 9 xalla 12 komanda arasında 3-cü sırada qərarlaşıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью