“Qaradağ Lökbatan” “Şəki”ni 12:0 hesabı ilə məğlub ETDİ

07.10.2026

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Futbol üzrə Azərbaycan Kubokunda 2026/2027-ci illər mövsümünə start verilib.

Redaktor.az xəbər verir ki, I təsnifat mərhələsinin ilk oyun günündə iki qarşılaşma keçirilib.

Açılış matçında “Qaradağ Lökbatan” “Şəki” ilə üz-üzə gəlib. Lökbatan Olimpiya İdman Kompleksinin stadionunda təşkil olunan görüş meydan sahiblərinin 12:0 hesablı qələbəsi ilə bitib.

Digər qarşılaşmada “Şəmkir” Şirvan Olimpiya İdman Kompleksinin stadionunda “Ağstafa Gəncləri”nə 1:5 hesabı ilə uduzub.

Qeyd edək ki, I təsnifat mərhələsinin digər oyunları oktyabrın 8-9-da baş tutacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью