“Qaradağ Lökbatan”a texniki məğlubiyyət

08.04.2025

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan çempionatının I Liqasında keçirilən “Cəbrayıl” – “Qaradağ Lökbatan” oyununun nəticəsi ləğv olunub.

İdman.biz xəbər verir ki, bu barədə qərarı AFFA-nın İntizam Komitəsi verib.

XX turun matçında “Qaradağ Lökbatan”ın heyətində adları matçın protokolunda olmayan futbolçular oyuna çıxıblar. Bu üzdən Bakı klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib. Paytaxt təmsilçisi 400 manat cərimələnib.

Qeyd edək ki, görüş 0:0 hesabı ilə başa çatmışdı.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью